Mehdiyev yaxın adamına da xəyanət edibmiş - Detallar
23 Oktyabr 2025
899
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ağır ittihamlarla cinayət məsuliyyətinə cəlb edilməsi uzun illər onun ətrafında olmuş şəxsləri yenidən gündəmə gətirib.
Bakupost.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “boz kardinal”a xidmət etmiş “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədov da həmin təsir sisteminin içində yer almışdı.
Bu yaxınlıq onu metallurgiya sahəsində tanınmış iş adamına çevirsə də xilas edə bilmədi. 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Rasim Məmmədovu həbs etdi.
Məmmədov artıq 4 ildir həbsdədir. Mənimsəmə, dələduzluq və başqa cinayətlərinə görə hələ 10 ilə yaxın da həbsdə qalmalı olacaq.
Ramiz Mehdiyev onu da satdı
2020-ci ilin sonlarında artıq Ramiz Mehdiyevin ailəsi Rasim Məmmədova üz çevirdi. Əvvəlcə onun oğlu Teymur Mehdiyev və kürəkəni İlham Əliyev Rasim Məmmədovdan şikayət etdilər. Onlar ərizələrində göstəriblər ki, R.Məmmədov birindən 4 milyon, digərindən isə 3,5 milyon dollar mənimsəyib. Mehdiyev ailəsi illərlə o dövrlərdə metalurgiya sahəsini öz inhisarında saxlayan zavoddan gələn pullar hesabına özlərinə yeni bizneslər qurdular.
Uzun müddət Ramiz Mehdiyevin “çətiri” altında fəaliyyət göstərmiş iş adamı sonradan öz məhkəmə proseslərində bu münasibətdən açıq şəkildə danışmağa başladı: “Mən yediyim qaba tüpürməmişəm. Ramiz Mehdiyevi atam qədər istəyirdim. Pis günündə yanında olmuşam. İşdən sonra onu gəzdirmişəm, xəstə olub, yanına getmişəm”.
O, vəkillərinin vəsatətinə qarşı çıxaraq “ağsaqqalı”nın məhkəmədə dindirilməsinə belə razılıq verməsə də, Mehdiyev “Mən özüm bilirəm hərəkətim və mənəviyyatım nədən ibarətdir. Biz hüquqi dövlətdə yaşayırıq, hər kəs törətdiyi əmələ görə cavab verəcək”, - deməklə onunla məsafə saxladı.
Sonuncu plan da alt-üst oldu
Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ilə Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova daha sonra üzərinə həbs qoyulmuş “Baku Oksford Məktəbi” uğrunda mübarizə aparmağa başladılar.
Tərəflər məktəbdə pay hüquqlarının onlara məxsus olduğunu iddia etsələr də, məhkəmələr binanın “Baku Steel Company”dən mənimsənilən vəsaitlə inşa olunduğunu təsdiqlədi. Nəticədə bina dövlət nəfinə müsadirə edildi.
İndi isə vəziyyət dəyişib - Rasim Məmmədov illərdir həbsdə yatır, Ramiz Mehdiyev isə ev dustaqlığındadır. Ona qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdən əlavə, cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılması ittihamı da irəli sürülüb. Məhz bu epizod üzrə Rasim Məmmədov da şahid qismində dindirilə bilər. Onun nələri etiraf edəcəyini isə indidən maraq doğurur.
Ramiz Mehdiyevin özünün də dediyi kimi: “Hər kəs törətdiyi əmələ görə cavab verəcək”.

DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Xəbər Lenti
“Okey” deyənlər cərimələnə bilər
08.12.2025 17:52
Cəmiyyət
Röyalı ilk dəfə Bakıya Zaur gətiribmiş - VİDEO
08.12.2025 13:52
Cəmiyyət
Natavan Həbibinin AzTV səhnəsindəki geyimi diqqət çəkdi - Foto
08.12.2025 00:19
Cəmiyyət
Məktəbli oğlanlara "Dərsə getməyin, yanıma gəlin" dedi, həbs edildi - Foto
07.12.2025 22:34
Cəmiyyət
Mehdiyevin iş yerində aglasığmaz əməlləri üzə çıxdı: Xüsusilə gənclərlə işi olub
07.12.2025 19:12
Cəmiyyət
Qumral və anası oriental rəqs etdi: Musa şok reaksiya verdi - Video
07.12.2025 18:12
Cəmiyyət
Aysun subay sevgilisi ilə ər arvad kimi yaşayır - Açıqlama
06.12.2025 23:47
Cəmiyyət
Mən də ərimi çimizdirirəm - Efirdə ədəbsiz etiraf
06.12.2025 21:19
Mədəniyyət
Elşən bu məşhuru sevirmiş - Etiraf
06.12.2025 21:17
Cəmiyyət
Murad Dadaşovun oğluna bu məşhurlar axın etdi: Nazirlər, deputatlar, icra başçıları... - Foto
06.12.2025 19:39
Cəmiyyət