Mehdiyev huşunu itirib, evinə təcili yardım gəldi
Ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevlə bağlı müzakirələr bitmək bilmir.
Mediada Ramiz Mehdiyevin haqqında həbs qərarı çıxdığı günün ertəsi səhhətində problemlər yaranması barədə məlumatlar yayıldı. Məlumatda R.Mehdiyevin evinə təcili tibbi avtomobillərinin gəldiyi də qeyd olundu.
Oxu24.com saytı yayılan informasiyalarla bağlı daha dəqiq məlumatlar əldə edib.
Mehdiyevlərə yaxın mənbənin verdiyi məlumata görə, boz kardinalın son günlərdə səhhətində ciddi problemlər yaranıb. Onun tez-tez huşunu itirdiyi,yaddaşının gedib-gəldiyi iddia olunur. Hətta, ailə yaxın həkimlə də bu haqda məsləhətləşmələr aparıb. Onun “azheimer” xəstəliyindən əziyyət çəkdiyi iddia olunur.