Maykl Ceksonla mənim xasiyyətim bənzəyirdi - Elza Seyidcahan

08 İyun 2023
64817f551c747202306231221
221

"Maykl Ceksonun şəkillərinə baxanda görürəm ki, o da taykeş corablar, ayaqqabılar geyinib. Onun xasiyyətini də özümə bənzədirəm: necə sadə, təvazökar, xidmət edəndir. Son illər dərk etmişəm ki, bizim xasiyyətimiz bənzəyib.

Bu sözləri Əməkdar artist Elza Seyidcahan "Səhər mərkəzi" verilişində deyib. Müğənni özünü dünya ulduzu Maykl Ceksona bənzədib. 

E.Seyidcahan aparıcı Tural Əsədovun "Hər zaman demişəm ki, vaxt gələcək və sizin şeirləriniz dərsliklərə salınacaq, bunu zarafat etmirəm" sözlərinə "Artıq olunub. Dərsliklər deməzdim. Dramaturqlarımız, yazarlarımız öz antologiyasında mənim haqqımda yazırlar" cavabını verib. 

Seyidcahan Azərbaycanda repin yaradıcı özünün olduğunu söyləyib:

"Repin ilk yaradıcı mənəm. Anar Nağılbaz tək oxudu. "İncimə" mahnımda ilk dəfə Emin Əfrasiyab orkestrda idi. Dedim, burada rep görürəm və etməliyəm. Mahnılarda ilk dəfə rep deyən mən oldum". / Axşam.az