Lalə Azərtaş efirdə Cavanşir Məmmədovu RÜSVAY ETDİ

Əməkdar artist Cavanşir Məmmədovla Türkiyə vətəndaşı olan keçmiş kürəkəni Kemal Mustafa arasındakı qalmaqal davam edir.

Qlobal.net sfera.az-a istinadən xəbər verir ki, tərəflərin pul davası Lalə Azərtaşın müəllifi olduğu "Təsir dairəsi" verilişində bu gün də davam etdirilib. Amma tərəflərin heç biri müzakirələrə qatılmayıb.

Aparıcı Lalə Azərtaş bunun səbəbindən danışarkən sensasiya sayılacaq məlumatı açıqlayıb.

Jurnalist dünən Əməkdar artist Cavanşir Məmmədovla aralarında olan söhbətin məzmununu bəyan edib.

Azərtaş deyib ki, Əməkdar artist dünən ondan keçmiş kürəkəni Kemal Mustafanı bir daha efirə çıxarmamağı xahiş edib. 

Aparıcı bunun obyektiv müzakirələrə kölgə salacağını bildirəndə C.Məmmədovun reaksiyası belə olub: "Sabah məhkəmə Mustafadan efirə çıxmayacağına dair iltizam alacaq. Onsuz da məhkəmə qərarından sonra Mustafa bir daha efirə çıxa bilməyəcək".

L.Azərtaş canlı efirdə iddianı araşdıran məhkəmə heyətini tənqid edib: "Cavanşir Məmmədov bu gün qəbul ediləcək qərar barədə dünən necə məlumatlı ola bilər?! Bu cür yanaşma işin obyektivliyinə kölgə salır".