Kukla ilə evlənən adam artıq 3-cü dəfə "ata oldu" - FOTO+VİDEO
Kolumbiyalı Kristian Monteneqro Natalya adlı kukla ilə evləndikdən sonra artıq 3-cü dəfə ata olduğunu və oğluna Semmi adını verdiyini deyib.
Showmedia.az "Daily Mail"ə istinadən xəbər verir ki, qeyri-adi ailəsi barədə o, @montbk5959 ləqəbi ilə işlətdiyi "TikTok" hesabında danışır.
Kristian 2022-ci ilin avqust ayında kuklası Natalyaya evlilik təklifi edib. Həmin an onların artıq iki övladı (bir qız və bir oğlan kuklası) olub.
Monteneqro ailəsinin kuklalardan ibarət olduğunu yaxşı dərk edir, lakin bildirir ki, onlarsız əbədi tənha qalacaqdı, kuklalar isə onun həyatına rəng qatır və onu xoşbəxt edirlər. /big.az