"Krokus"da İslam 100-dən çox insanı xilas edibmiş - SOK VİDEO

24 Mart 2024
65ffa1cf534b6202403244519
3423

"Başqalarının ölməsinə icazə verməkdənsə, döyüşdə ölmək yaxşıdır".

Yerli "Mash" saytı onun sözlərindən sitat gətirir. Qeyd edilir ki, "Crocus City Hall"un qarderobunda yarımştat işləyən adi məktəbli terror aktı zamanı 100-dən çox insanı binadan çıxarıb. 

O deyib ki, sadəcə öz işini görüb.

Bildirilir ki, 15 yaşlı qəhrəmanın adı İslamdır. Onun sözlərinə görə, fövqəladə hallar zamanı bütün inzibatçılara göstərişlər verilib və o, yalnız göstərişlərə ciddi əməl edib. Hücum və ondan sonrakı yanğın zamanı İslam insanları müşayiət edib. Kütlənin tualetə doğru çıxılmaz vəziyyətə düşdüyünü görən yeniyetmə təşəbbüsü ələ alıb və evakuasiyaya rəhbərlik etməyə başlayıb. O, insanları dar keçiddən "Expo" ərazisinə, daha sonra inzibati binadan keçərək küçəyə - təhlükəsizliyə apara bilib.

"Boş vaxtlarında qarderobda "part-time" işləyir və "Spartak"ın uşaq komandasında futbol oynayır", - mətbu orqan yazıb.

Onun bu addımı digər yerli mediada da dərc edilib.