Kirayəyə pul ödəməmək üçün, tanış olduğu kişilərlə... - Sənətçidən şeytanın ağlına gəlməyən üsul - Foto
Kirayə pulu ödəməmək üçün, tanış olduğu kişilərin evində gecələmək - dahilik, yoxsa dəlilikdir? Avstraliyalı model və bloqer Emili Uebb Sidneydə ev kirayələyə bilmədiyi üçün, bir "lifehack" fikirləşdi: Tinder tətbiqi vasitəsilə tanış olduğu kişi və qadınların evində gecələməyə başladı.Zaman-zaman dostlarının evində də qalan Emili hazırda bu cür yaşayır – kirayə haqqı ödəmədən, lakin daim yeni "görüşlərlə". Bəziləri onun intellektinə heyran qalır, bəziləri isə bu davranışını yüngülxasiyyətlik kimi tənqid edir.