“Kimlə evlənim? Normal kişi qalmayıb” – 46 yaşlı sənətçi / FOTO

Türkiyəli müğənni Tuğba Ekincinin son sözləri gündəm olub. 

Nişantaşıda görüntülənən ifaçı jurnalistlərin suallarını cavablandırıb. O, “Səni nə zaman kimləsə birlikdə görəcəyik?” sualına maraqlı reaksiya verib. Belə ki, 46 yaşlı ulduz ölkədə normal insan qalmadığından şikayətlənib: “Evlənənlər boşanır, sizcə niyə? Hər yer içki aludəçisi, asılı insanlarla doludur. Artıq ər yoxdur. Nə qadın qalıb, nə kişi... Normal insan qalmayıb. Ən yaxşı dostlarımız heyvanlar olub. Yalan deyirəmsə, vicdansızam”. 

Tuğba Ekinci sözlərini belə yekunlaşdırıb: "Səhv başa düşməyin. Tamaşaçılardan kimsə deyə bilər ki, belələri daha çox sizin sənətdədir. Amma bütün peşələrdə hər 10 nəfərdən 8-i aludəçidir”. (sfera.az)

Previous