“Kimə salam verirsən yataq təklif edir” - FOTO

28 Fevral 2024
65d5183c8d85c202402242308
1560

Bəzi gənc mügənnilərmiz var. Sözün əsl mənasında həqiqətəndə istedad, bacarığa malikdir. Amma təssüflər olsun ki, onların imkanları sponsorları olmadığı üçün, onları istər televiziya məkanlarında istər yerli mətbuatda rast gəlmək olmur.
Gənc mügənni Aysel Manaflı “Azərbaycan Reallığı”na açıqlamasında bildirir ki, indi sponsor tapmaq elə də çətin iş deyil. Sadəcə bəziləri bizdə xanım mügənniyə sponsorluq edirsə dərhal beyninə başqa düşüncələr gəlir. Misal üçün ölkəmizdə bahalı restoran, məkanları var adı onların şou-biznes proqramına düşmək üçün rəhbərliklərindən kiminləsə danışıq aparırsan, elə həmin dəqiqə başqa niyyətlə yataq təklif edir.Sponsorluq edəcək qurumlarında hansısa rəhbər şəxsləri mügənniyə o niyyətlə münasibət göstərir və salam-sağ ol edir.Təbiki bununla razılaşan müğənnilərimiz də az deyil. Ona görə də bu sənət adı gələndə insanlarda tam başqa təsürat yaranır. Xüsusən də xanım mügənnilərə yeni səhnəyə çıxanlara, bir sözlə xanım üçün çox çətin işdir.Aysel Manaflı özü ilə bağlı məsələyədə münasibət bildirib. O, şəxsi həyatından hələ ki danışmaq istəmədiyin bildirib. Bir neçə restoran məkanların şhou proqramlarının səhnəsində Aysel xanıma rast gəlmək olar. Ona toy və şənlik məclislərinədə təklif olunarsa iştırak edir və etməyədə hazır olduğunu bildirir.

Mügənni onu sevib məclislərində görmək istəyənlərin ödəniş məsələsinə də münasibət bildirib. “İndi insanların sosial durumu çətindir. Onun üçün ödəniş danışığında çalışdığımız qədər böyük ehtimalla razılaşmalar olur deyə mügənni qeyd edib.