Kərim Tünzaləyə əsəbiləşdi: “Sənət göstərmək üçün soyunmağa ehtiyac yoxdur”
Abbasov Ağayevanın illərlə vokal müəllimlərindən dərslər alsa da, ifa etdiyi mahnılarda vurduğu boğazların düzgün olmadığını söyləyib: “Tünzalənin oxuduğu mahnılarda, vurduğu boğazlar var “ooouuu”.... Tam səmimi... İnsan bəlkə 6-7 il gedib vokal müəllimin yanına, amma hələ də o boğazlarını düzəldə bilmir. O musiqiçidir, bilir mən nə deyirəm. Onun digər mahnılarında daha əvvəl etdiyin o boğazları görmürəm. “Tellərini yana dara qız” mahnısına qulaq asanda Tünzalə “ooouuu” boğazlarında həddən artıq çox edib. Əgər səhvdirsə, birinci öz səhvimizə baxaq.
Görək biz nə oxuyuruq, sənətdə hansı səhvi edirik... Ola bilər ki, bəzi müğənnilər özfəaliyyətdir, onlar belə səhvlər edə bilərlər... Amma siz axı vokal müəllimlərindən dəsr almısınız. Necə bu səhvləri edə bilərsiniz? Siz bacardığınız qədər hər kəsi alçaltmağı sevirsiniz. Biraz özünüzdən zəif müğənni görəndə onu alçaldırsınız. Amma bu həyatda çarxı-fələk var... İndi baxıb, görürəm ki, hamı Tünzalənin üzərinə gedir”.
Kərim bildirib ki, son zamanlar Tünzalə oxuduğu mahnıları ilə deyil, bir-birində açıq-saçıq geyimləri ilə gündəmdədir: “Mahnı yaddan çıxıb, gündəmdə paltarları ilədir. Hamı sizi şərhlərdə tənqid edir... Haqsızdırlar yoxsa haqlıdırlar? Siz özünüz bunları etdiyinizə görə, indi də sizi belə tənqid edirlər. Sizin həmkarlarınıza qarşı aqressiyanız həddən artıq çoxdur. Bir az azaldın aqressiyanızı. Filankəs müğənni mənim səviyyəm deyil kimi söhbətlər etməyin... Olmaz!”.
Abbasov həmçinin Ağayevanın illər əvvəl müsahibələrinin birində söylədiyi “Sənət göstərmək üçün soyunmağa ehtiyac yoxdur” sözlərini xatırlayaraq, Tünzalənin özünün bu ifadələrə məhəl qoymadığını vurğulayıb: “Kiminsə oxumağında, sənətində, xarici görünüşündə qüsur tapmaq çox asandır. Bu günki gün isə baxırsan ki, Tünzalə xanımın qüsurlarını tapıb, ortalığa çıxardırlar. O qədər onu vururlar... İstəməzdim onu bu qədər vursunlar. Niyə Tünzalə xanıma deyilməlidir ki, geyimində problemi var? Niyə deyilməlidir? Bəlkə doğurdan da geyimində problem var, bəlkə də yoxdur... Tünzalə xanım kompleks yaşayır. Tünzalə xanım nəyisə kiməsə sübüt etməyə çalışır... Nəyisə kiməsə göstərmək istəyir. Səhnə adamıdır, açıq da geyinməlidir... Bununla razıyam.İllər əvvəl Tünzalə xanımla bir Xalq artisti ilə münasibətləri pozulmuşdu. Tünzalə xanım kanalların birində müsahibəsində söyləmişdi ki, “Sənət göstərmək üçün soyunmağa ehtiyac yoxdur”. Bəli bu sözləri indi mən Tünzalə xanıma ünvanlayıram və istəyirəm buna bir şərh, cavab versin. Bu günki gündə əgər siz özünüz buna əməl etmirsiniz ki, bunu zamanında qüsur tutmaq lazım deyil. Yaşayın, özünüz üçün, heç kimi alçaltmayın. Çünki bu, məndə qıcıq yaradır”.