Kəramətin mağazadan qovulan qız barədə dediklər marağa səbəb oldu

Geyiminə görə marketdən qovulan qız ölkə gündəmini zəbt edib. Əksər sosial şəbəkə izləyiciləri bu hərəkətə haqq qazandırıb və qovan şəxsi dəstəkləyib. Mövzuya yazıçı Kəramət Böyükçöl də münasibət bildirib. O, xanımı qovan şəxslərə etiraz edib:“Avropanın maaşını, Avropanın pensiyasını istəyən adamlar qadını qısa geyindiyinə görə marketdən qovurlar. Rəylərə baxıb dəhşətə gəldim. Avropanın maaşını, Avropanın pensiyasını istəyən adamlar da kütləvi şəkildə videoya rəy yazıb qovan qadına haqq qazandırırlar. İndi bunlar özlərini Avropadan ağıllı hesab edirlər. Deyirlər, bizə yüksək maaş verin, yüksək pensiya verin, amma ölkəmizdə heç kim qısa geyinməsin, ölkəmizdə fahişə olmasın, gey olmasın. Yuxuda görərsiniz. Sizin bu ağılla quracağınız cəmiyyət uzaq başı Əfqanıstan ola bilər. O qısa geyinmiş qadın qıllı bir məmurun qızı olsaydı, onu marketdən qovanın çoxdan üzr videosu yayılmışdı”.