Kəmalə Günəşlinin görüntüləri qalmaqala səbəb oldu: Ayıb olsun - Video
Müğənni Kəmalə Günəşlinin “Instagram” hesabında paylaşdığı yeni video izləyicilər arasında müzakirə doğurub.
İfaçı son paylaşımında süni intellekt (AI) vasitəsilə montaj edilmiş xüsusi effektlərdən istifadə edib. Görüntülərdə müğənninin qəfil olaraq “Hulk” obrazına bənzər, yaşıl rəngli, əzələli bir fiqura çevrilir.
Kadrlarda əvvəlcə Kəmalə Günəşli iki xanımla birlikdə kamera qarşısında mahnı sədaları altında rəqs edir. Daha sonra AI effekti işə düşərək müğənni qeyri-real şəkildə həddən artıq əzələli, iri superqəhrəmana çevrilir.
Videonun paylaşılmasından qısa müddət sonra rəy bölməsində fikir ayrılıqları yaranıb. Bir qrup izləyici görüntünü əyləncəli və kreativ hesab etsə də, daha çox istifadəçi videonu uyğun olmayan, hətta yersiz adlandıraraq ifaçını tənqid atəşinə tutub.
“Bu nə görüntüdür?”, “Ayıb olsun!”, “Müğənniyə yaraşmır” kimi rəylər paylaşımlar arasında üstünlük təşkil edib. / Yenisabah.az