Katibəsi ilə tutulan şirkət direktoru işdən qovuldu - Foto

25 Sentyabr 2025
68bf4710eeb2d202509251352
1017
“Nestle”, 40 ilə yaxındır şirkətdə CEO vəzifəsində çalışan Laurent Freixi işdən çıxarıb.

Şirkət buna CEO-nun öz köməkçisi ilə yaşadığı gizli münasibəti əsas gətirib.

Tanınmış qida şəbəkəsi yaydığı açıqlamada yeni CEO-nun Filipp Navratil olacağını qeyd edib:

“İstintaq, gizli romantik münasibətin “Nestle”nin davranış kodeksini pozduğunu müəyyən etdi. Bu, zəruri qərar idi. “Nestle”nin dəyərləri və idarəçiliyi şirkətimizin möhkəm təməlləridir. “Nestle”də uzun illər xidmət etdiyi üçün Laurentə təşəkkür edirik”.