"Kasıbları göndərin başqa yerdə yaşasınlar" -Nura Suri
Müğənni Nura Suri bulvarda qadağan olunmasına baxmayaraq, insanların skuterlərdən, velosipedlərdən istifadə etməsindən şikayətlənib.
Showmedia.az bildirir ki, bu barədə müğənni “İnstagram” sosial şəbəkəsində qeyd edib. Bulvardan videolar payalasan Nura Suri bildirib: “Dənizkənarı bulvarda rahat gəzmək mümkün deyil. Skuterlər, velosipedlər və onları idarə edən, insanların üstünə şütüyən məxluqların əlindən bulvarda addım atmaq mümkün deyil artıq.
İnsanlar nə etsin? Kasıblar yaşamasın bu şəhərdə? Bakını Dubay kimi varlılar şəhəri edin, kasıbları göndərin başqa yerdə yaşasınlar. Gündə yolları bağlayıb, insanlara tıxaclarda saatlarla əziyyət verirsiniz, pulu olmayan avtomobili heç yerdə saxlaya bilməz heç kəs - öz həyətində də (anında “parkovşik” adıyla gəlib 2 manatınızı alırlar)”.