Kafedə ofisiant işləyən arvadına görün nə etdi - Geyimi, hərəkətləri dəyişmişdi...

14 Oktyabr 2023
652acd9042a9b202310231912
507

Həyat yoldaşı kafedə ofisiant işləyən arvadının boğazını kəsib.

Jalə (Adlar şərtidir) həyat yoldaşı Urfanla birlikdə kirayədə yaşayıb. Maddi sıxıntılar onların ailə həyatında soyuqluğa səbəb olub.

Onlar işlədikləri şirkət bağlandıqdan sonra iş axtarsalar da, tapa bilməyiblər. İşsizlikdən evin kişisi olaraq ən çox əzabı Urfan çəkib. O, Jalənin belə həyatdan, maddi sıxıntılardan bezdiyini hiss edib, buna rəğmən sevgisini qorumağa çalışıb.

Bu vəziyyətdən bezən Jalə şəhərin küçələrində iş axtarmağa başlayıb. Lakin uyğun bir iş tapa bilməyib. Daha sonra evə doğru qayıdarkən çay evlərinin birinin ofisiant xanım axtardığını görüb və oranın sahibi Abbasla iş barədə danışıb.

Həmin gün artıq çay evində iş tapan Jalə bu barədə Urfana dedikdən sonra o, bir qədər narazılıq etsə də, başqa çıxış yolu olmadığını anlayıb.

Artıq bir neçə gündür çay evində ofisiant olaraq çalışan Jalənin müştərilərə etdiyi xidməti, özünə və geyiminə fikir verməsi Abbasın diqqətindən qaçmayıb. Abbas işlətdiyi çay evində Jalə ilə daha yaxından tanış olmaq istəyib. Abbas bəzən çay evinə gələn dostları ilə oturarkən Jaləni də masaya dəvət edib. Abbas onu dostları ilə tanışlığa, söhbətə cəlb edib.

Bütün bunlar baş verərkən Urfan gününü evdə keçirib. O, Jalənin gəldiyini görüb, ayağa qalxıb, qarşısını kəsib və "belə olmaz, sən evdə tapılmırsan, mən özüm iş tapacağam" deyib.

Növbəti gün qəfil çay evinə gəlib, Jalənin qolundan tutaraq aparmaq istəyib. Bunu görən Abbas onlara yaxınlaşıb. Jalə Urfanı oradan uzaqlaşdırdıqdan sonra Abbasla öz həyatı barədə söhbət edib. Abbas ona narahat olmamasını deyib, hətta ayrılmaq istəsə, müvəqqəti başqa yerdə yaşamaq istəsə, ona kömək edəcəyinə söz verib. Jalə Urfanın yanına qayıtmağa qorxsa da, hələ ayrılmaq istəmədiyini bildirib.

Urfan həmin gün Jalənin onu görmək istəmədiyini və hərəkətlərində sərbəst olduğunu deməsini ağlından çıxara bilməyib. Məişət malları satılan mağazaya gedib, oradan mətbəx bıçağı alıb və birbaşa çay evinə yollanıb.

Əvvəl Jaləni izləyən Urfan daha sonra arxa qapıdan çay evinə daxil olub, həyat yoldaşını gözləyib. Daha sonra Urfan Jalənin ağzını tutub içəri aparıb, diz çöküb yalvarıb ki, onunla evə getsin. Jalənin ona dediyi sözlərdən sonra isə belindəki bıçağı çıxarıb və ona ard-arda zərbələr endirib. Zərbələrdən biri Jalənin boğazına tuş gəlib.

Urfan daha sonra Jalənin yanında oturaraq ağlayıb və onu xəstəxanaya çatdıracağını deyib. Lakin Abbas təcili tibbi yardım çağıraraq Jaləni xəstəxanaya aparıb. Urfan isə könüllü olaraq hüquq-mühafizə orqanı əməkdaşlarına təslim olub. / Oxu.az