İTV-nin tanınmış aparıcısı boşandı - Foto

12 Sentyabr 2025
68c453df544f6202509250951
1913

İctimai TV-nin g şəxsi həyatı ilə bağlı açıqlama verib.

O, ilk dəfə boşanmağının səbəbini açıqlayıb.

"5 ay evli olmuşam. Eyni evdə yaşamışıq. Daha sonra evdən uzaqlaşmışam, boşanmışam. Əslində ailə qurduqdan sonra yoldaşımı başqa tərəfdən tanımadım. Bir müddət əvvələ qədər də bilirdim, hiss edirdim. Ancaq boş vermirdim, dava aparırdım ki, düzəlsin. Məndə sağaltma qayğıkeşliyi var, yəni insanı dəyişə-düzəldə bilərəm. Həmişə get-gəllər olurdu. Bizim öncə hərimiz olmuşdu. 1 il sonra nişan, toy isə 1-2 il daha sonra baş tutdu. Uzun mərhələlərdən keçmişik. Düzünü desəm, toydan əvvəl elə vəziyyətdəydim ki, çox depressiyada idim. Çox dalaşırdıq. Hər dəfə nəyinsə düzələcəyinə inanırdım. Davadan sonra üzr istəyirdi, vədlər verirdi. Bir müddət sonra isə eyni məsələlər olurdu. Bəzən hisslərini qarışdırırsan. Birinci hisslər özünə qarşı olmalıdır, özünü dəyərli bilməlisən.

Dözə bilmədiyim həddə çatmışdı, aqressiyanı qəbul edə bilməzdim. İnsanın aqressiyası zərərdən başqa heç nə vermir. Bunun müxtəlif növləri var. İnsanlar özlərinə nəzarət edə bilməyəndə pis yerlərə gedib çıxır. Olunan hərəkətlərə haqq qazandırmaq insanlığa ziddir. Qlobal yox, danışılacaq xırda məsələlərin üzərində böyük aqressiyalar baş verirdi. Evdən iki dəfə ayrılmışdım, yenidən qayıtmışdım. Hər şey üst-üstə gəldi, ayrıldıq. Yanımdakı insanı ətrafımdakılara pis tanıda bilmirdim, çünki öz seçimim idi. Kiminsə gözündə mənfi olmağını istəmirsən. Ancaq bir yerdən sonra hər şey gün üzünə çıxır. Ailəm də bəzi şeyləri gördükdən sonra dəstək oldular ki, ayrılmaq lazımdır". / Milli.az