İntim videolara baxmaq xəyanətdir? - əgər sizə deməyibsə...

08 Noyabr 2023
6557bf3d21cdf202311233005
465

"Çox vaxt insanlar hətta sosial şəbəkələrdə flört etməyi belə xəyanət hesab edirlər. Bu isə yeni növ xəyanətin ortaya çıxması deməkdir”.

Bunu tanınmış seksoloq Nikol MakNikols deyib. Ekspertin yeni növ xəyanətin yaranması ilə bağlı fikirləri “Daily Star”-da yer alıb.

MakNikols xəbərdarlıq edib ki, sosial şəbəkələr və intim ünsiyyət üçün pullu resurslar əsrində “yumşaq” aldatma anlayışının aktuallığı artır.

“Sevgilinizin sosial şəbəkədə modelin şəklini bəyənməsi aldatma sayılır? Əgər o, intim videolara baxıbsa və bu barədə sizə deməyibsə, bu, aldatmaqdır? Kişinin “OnlyFans”da bir modellə ünsiyyət qurmasını xəyanət hesab edərdinizmi? Və 10 ildən sonra seçdiyiniz biri robotla ünsiyyət qurmağa başlasa, nə edəcəksiniz?”,-deyə seksoloq soruşur.

O əlavə edib ki, texnologiyanın inkişafı şəxsi münasibətlərdə aldatma üçün çoxlu imkanlar açıb: “Ancaq birinin xəyanət hesab etdiyi şeyi digəri zərərsiz virtual ünsiyyət adlandıracaq”. / cebhe.info