Zaur qadınları tənqid etdi
Aparıcı Zaur Baxşəliyev bəzi xanımları tənqid edib.
O “Zaurla Günaydın” verilişində danışıb. Baxşəliyev deyib ki, işləməyən qadınlara münasibəti müsbət deyil:
“Xanımın evdə oturub, işləməməyinə yaxşı baxmıram. Deyirəm ki, çalışsınlar, yaxşıdır. Mənim Ülkər nənəm kənddə mamaçalıq, həkimlik, xalça toxuyurdu, hər işlə məşğul olurdu. Bir şey olan kimi onu çağırırdılar, bilirdilər ki, hər şeyi bilir”.
Günay isə həyat yoldaşının sözlərinə “Qadınlarımız həmişə zəhmətkeş olublar. İndiki xanımlar özlərinə əziyyət vermək istəmirlər. Təbii ki, hamısına şamil etmək olmaz”, - deyə, reaksiya verib. / Olay.az