“İndiki gənclik cinsi təlabatını ödəmək üçün ailə qurur” - VİDEO

"Boşandıqdan sonra düşünürlər ki, onlar üçün böyük həyatın qapıları açılır".

Bu sözləri müğənni Aydın Sani deyib.

Diqqəti boşanmaların sayının çoxluğuna əkən sənətçi sözügedən məsələdə cəmiyyətin rolundan danışıb:

"İndiki gənclər sanki əyləncə üçün evlənirlər. Qadın kişini, kişi də qadını bilmək üçün. Sanki bunun üçün yeganə vasitənin evlənmək olduğunu düşünürlər. Ailələr evlənək, sonra boşanarıq prinsipi ilə qurulur. Bboşandıqdan sonra bunlar üçün sanki böyük həyatın qapıları açılır.

Çılğın yaş dövründə onların arasında alovlanan bu hissləri söndürmək üçün evlənirlər. Gənclərə başa salmalıyıq ki, heç nə üçün tələsməyin. Qarşınızda gözəl bir ömür var. Amma mən tez ailə qurmuşam, 24 yaşında övladım var. Mənə deyərlər, bəs özün? Yaxşı ki, də bunu tez etmişəm". / azxeber.com