İlqar efirdə “Türkiyə gözəli”ni təhqir etdi - Çənəsi yer şumlamaq üçün nəzərdə tutulub

Aparıcı İlqar Mikayıloğlu efirdə “Miss Türkiyə 2024”ün qalibi olan İdil Bilgeni təhqir edib.

Aparıcı "Günə bax" verilişində müsabiqənin nəticəsini müzakirə edərək İdilin ünvanına bu ifadələri səsləndirib:

"Gözəllik yarışması nədir? Xanım çox gözəl olmalıdır. İstər sima, istərsə də bədən qurulu cəhətdən. Amma Türkiyədə keçirilən gözəllik yarışmasında İdil Bilgen qalib gəlib. Bu şəxsə kim gözəl deyə bilər? Çənəsi daha çox yer şumlamaq üçün nəzərdə tutulmuş şəxsin Türkiyədə gözəllik yarışmasının qalibi olması təəccüblüdür. Türkiyə mediasında İdili "Şaban"a oxşadırlar. Əslində "Şaban"ın bığlarını götürsək, onlar arasında elə də bir problem yoxdur. Nəsibənin "kukla"sı (mərhum Xalq artisti Nəsibə Zeynalovanın "Qayınana" filmindəki oyuncaq nəzərdə tutulur - red.) daha gözəl idi. Çox ümid edirik ki, İdil Bilgenə imkan verməyəcəklər ölkədən uzaqlara çıxsın, elə Türkiyədə var-gəl eləsin, vəssalam. "Möhtəşəm Yüz İlə" baxanda bizim fikrimizdə türk gözəli formalaşmışdı. İdil Bilgen və türk gözəli ifadələri mənim üçün çox mübahisəli məsələdir". / Axşam.az