İki övladını itirdi, sevgilisindən övladı oldu, arvadından gizlətdi... - Nadir barədə şok faktlar
Lent.az “Bioqrafiya” rubrikasında pop və estrada janrlarında çıxış edən müğənni Nadir Qafarzadə haqqında məlumat verir.
- Nadir Qafarzadə nə zaman və harada anadan olub?
Nadir Qafarzadə 13 fevral 1971-ci ildə Azərbaycanın Şabran rayonunda anadan olmuşdur.
- Nadir Qafarzadə harada təhsil alıb?
Nadir Qafarzadə musiqi təhsillidir. O, Asəf Zeynallı adına Musiqi Kollecini "Opera" müğənnisi və musiqi müəllimi ixtisası üzrə bitirmişdir.
- Nadir Qafarzadə musiqi ilə nə zamandan məşğul olur?
Nadir Qafarzadə orta məktəbdə oxuduğu müddət ərzində musiqi ilə də məşğul olmuşdur. Belə ki, Azərbaycan Dövlət Tele-Radio Şirkətinin "Qırmızı Qərənfil" məktəblilər ansamblında solist kimi fəaliyyət göstərmişdir. Bir çox musiqi müsaqibələrinin və mahnı festivallarının qalibi olmuşdur, bunlardan: "Qızıl Buta", "Grand" (2 dəfə), "İllin mahnısı", "İlin müğənnisi" və "İlin klipi" kimi mükafatları göstərmək olar.
- Nadir Qafarzadə hansı xarici ölkədə vətənimizi təmsil edib?
Nadir Qafarzadə 2006-cı ildə Yalta şəhərində keçirilən Beynəlxalq mahnı festivalında Azərbaycanı təmsil etmişdir. Həmin ildə Rusiya Federasiyasının müstəqillik gününə həsr olunmuş və Rusiyanın NTV kanalı ilə yayımlanan konsertində Azərbaycanı təmsil edərək çıxış etmişdir. 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin "Hər şey Qarabağ üçün" devizi altında keçirdiyi marafona Könüllü qatılaraq Ağdam rayonunun cəbhə bölgələrində əsgərlər qarşısında konsert proqramı ilə çıxış etmişdir.
- Nadir Qafarzadə ailəsindən nə danışdı ?
Nadir Qafarzadə həyat yoldaşı Sevinc xanımın qısqanclığından danışdı. 23 illik evliliyində həyat yoldaşının onu nə qadınlara nə də ki kişilərə qısqanmadığını deyib:
"Xanımım bilir ki, dostluq yoldaşlıq etdiyim insanlar sənət yoldaşlarımdı. Hər zaman da mənim kaprizlərimə dözümlü olub. Qadın kişi fanatlarıma qarşı anlayışlı yanaşıb. Lakin son zamanlar xanımım yaman qısqanc olub. Heç bilmirəm bunun səbəbi nədən irəli gəlir".
- Nadir Qafarzadənin gizli oğlu var?
Nadir Qafarzadə verdiyi müsahibələrin birində heç kimin bilmədiyi oğlu haqqında danışıb:
“Mənim hərbi xidmətdə olarkən böyük bir sevgim olub. Sevinc burda yoxdur, indi rahat danışıram. Sevincə o vaxt açıqladım ki, artıq evlənmişdik. Hətta Rusiyada bir oğul övladım var. Hardasa 19 yaşı olar. Bunu biləndə Sevinc çox pis reaksiya verdi. Dedi gərək əvvəldən deyəydin. Aramızda gərginlik yaşandı”.
Nadir bu barədə heç öz həyat yoldaşınada danışmayıb. Onun sözlərinə görə yoldaşı Sevinc xanım belə bunu illər sonra öyrənib.
- Nadir Qafarzadə hansı çətin günlərdən keçib?
“Bu çətin həyatı yoldaşımla bir keçmişəm. O məni heç vaxt bu yolda tək qoymayıb. Bunu dərd olaraq sizə açmıram. Sadəcə, xatırlamaq üçün söhbət edirəm. İnsan keçmişindən utanmaz. Həmişə də səbr etmişəm, ancaq onu da deyim ki, həsəd də aparmışam. Hətta zaman-zaman paxıllıqlarım da olub. Bu, insan üçün bəlkə də adi hisslərdir. Onu yaşamayınca başa düşmək çətindir. Hətta elə məqam olub ki, özümə qəsd etmək istəmişəm. Çünki o, həyat deyildi. Maaşımı alırdı, yarısı borclarıma gedirdi, o biri aya çatdıra bilmirdim. Axşam "28 May" metrosunda vağzal deyilən yerə gedirdim. Kənd camaatı ora mallarını gətirib satardı. Axşam gedirdim ki, bir az ucuzluq olsun. Ətin yaxşısını ala bilmirdim. O əti bu gün kimə versən, bəlkə də yeməz. Ancaq məcbur idim. Ac qalmamaq, ölməmək üçün buna məcbur olurdu. Şükür Allaha, bu gün hər şey yaxşıdır, ağlamıram”.
- Nadir Qafarzadə iki övladını niyə itirib?
Nadir Qafarzadənin sözlərinə görə övladlarını itirməsinə səbəb yoxulluq olub:
“İki övladımı itirmişəm. Bunları da o həyatla bağlayıram, aclıqla, səfilliklə. Şükür Allaha indi övladım, ailəm, evim, hər şeyim var. Allahımdan razıyam ki, məni o palçıqdan çıxardı. Boğulurdum. Məni o bataqlıqdan çıxardı ki, yaşa. Bu gün düşünürəm ki, demək, mən yaşamağa layiq insan olmuşam ki, Allah məni bu həyatdan çıxarıb, belə bir həyat qismət etdi”.
- Nadir Qafarzadə hansı məşhurlarla qalmaqal yaşayıb?
Bildiyimiz kimi şou-biznes aləmi qalmaqalsız olmur. Bu sənət aləmində bir çox məşhurlar arasında qalmaqal olsada, ən çox adı hallanan sənət adamlarından biridə Nadir Qafarzadədir. Nadir Qafarzadə ilə Kamran Ağabalayev arasında qalmaqal yaşanıb. Buna səbəb isə Nadir Qafarzadənin Kamran Ağabalayevin erməni aktyorla eyni serialda rol alması idi.
Nadir Qafarzadə həmkarı Türkan Vəlizadə ilə də qalmaqal yaşayıb. Onlar arasındakı mübahisə mediada geniş yayılmışdır. Bu qalmaqal, əsasən, səhnə mədəniyyəti və musiqi janrları ilə bağlı fikir ayrılıqları səbəbindən baş verib. Nadir Qafarzadə və Çinarə Məlikzadə arasında qalmaqal yaşanıb.
- Nadir Qafarzadə toylara neçəyə gedir?
Bu gün Azərbaycan toylarına ən çox dəvət alan müğənnilərdən biri də Nadir Qafarzadədir. Nadir Qafarzadənin toy qonorarı 10.000 manatdır.