İbarhim Tatlısəs: “Seçkini uduzdum və evlənirəm”

Martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələri müxtəlif ontekstlərdən təhlil olunur. Türkiyəli məşhurlar da artıq seçki ilə bağlı mövqelərini açıqlamağa başlayıblar. Türk arabesk musiqisinin imperatoru sayılan İbrahim Tatlısəs də bununla bağlı paylaşım edib. O, “seçkini uduzdum və evlənirəm. Duyduk duymadık deməyin. Bütün subaylara salam olsun, mən evlənirəm” məzmunlu paylaşımı ilə publik diqqəti öz üzərinə çəkməyi bacarıb. 

Qeyd edək ki, İbrahim Tatlısəs 4 dəfə AKP-dən millət vəkili olmaq üçün öz namizədliyini irəli sürüb. Amma hər dəfə partiyadaxili seçkidə uduzaraq, mübarizədən kənarda qalıb.  / Yenisabah.az