Heydər Əliyevin tərcüməçisi buna görə qovulub - Şok açıqlama
19 Noyabr 2025
57
1993–1999-cu illərdə mərhum dövlət başçısı Heydər Əliyevin köməkçisi və Prezident katibliyinin rəhbəri işləmiş Eldar Namazov dövlət çevrilişinə cəhddə ittiham olunan akademik Ramiz Mehdiyev barədə danışarkən digər maraqlı məlumatlar da açıqlayıb.
Bakupost.az xəbər verir ki, Eldar Namazov Yeni Azərbaycan TV-yə müsahibəsində vaxtilə Ramiz Mehdiyevin təbliğatını aparmış bır sıra şəxslərin cəzalandırıldığını bildirib. Onun sözlərinə görə, cəzalandırılanlar arasında bir sıra icra başçıları, eləcə də Prezident Aparatının keçmiş tərcüməçisi də olub.
“Hətta Prezident Aparatında belə təbliğat apardığına görə bir neçə adam cəzalandırıldı. Prezidentin tərcüməçisi vardı, sonra o, ölkəni tərk elədi”, - deyən Eldar Namazov həmin tərcüməçinin adını çəkməyib.
“Yeni Sabah”ın məlumatına görə, Eldar Namazov Prezident Aparatından qovulan tərçüməçi deyəndə Rauf Hüseynovu nəzərə tutub. O, uzun illər Heydər Əliyevin tərcüməçisi olub.
Rauf Hüseynov Prezident Aparatında tərcüməçi kimi fəaliyyət göstərdiyi qısa müddətdə siyasi karyerasını irəlilədə bilmişdi. Belə ki, Prezident Heydər Əliyev onu Xarici əlaqələr şöbəsinə müdir müavini vəzifəsinə irəli çəkmişdi. Lakin indi məlum olur ki, Ramiz Mehdiyevin təbliğatına qoşulması gənc tərcüməçinin siyasi karyerasının sonlanması ilə nəticələnib.
Rauf Hüseynov haqqında yayılan xəbərlərə görə, o, hazırda xaricdə yaşayır.
Əslən Naxçıvandan olan Rauf Hüseynov 1990-cı illərin sonları – 2000-ci ilin əvvəllərində mərhum Prezident Heydər Əliyevin tərcüməçisi işləyib.
Xarici Dillər Universitetinin məzunu olan R.Hüseynov vaxtilə Prezident Heydər Əliyevin mühüm xarici səfərlərində onu müşayiət edib.
Rauf Hüseynov Prezident Heydər Əliyev 1997-ci ildə ABŞ-a çoxgünlük səfəri edəndə onun yanında olub.
O, həmin səfər zamanı Heydər Əliyevin ABŞ Prezidenti Bill Klintonla görüşündə tərcüməçilik etmişdi.
Rauf Hüseynovun hazırda xaricdə biznes fəaliyyətilə məşğul olduğu barədə məlumat var.
2000-ci illərin əvvəllərində Rauf Hüseynovun gözlənilmədən Prezidentin tərcüməçisi vəzifəsindən uzaqlaşdırılması və siyasət meydanında itib-batması çoxlarında suallar doğurmuşdu.

DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Xəbər Lenti
Heydər Əliyevin tərcüməçisi buna görə qovulub - Şok açıqlama
19.11.2025 22:24
Cəmiyyət
Rəqsanə azadlığa çıxandan sonra ona zəng etdi - Video
19.11.2025 20:53
Cəmiyyət
Azadlığa çıxan Rəqsanədən ilk açıqlama
19.11.2025 20:29
Cəmiyyət
Rəqsanənin azadlıqda ilk görüntüləri - Video
19.11.2025 20:12
Cəmiyyət
Qızlarla tanışlıq təklif edilir: 15 manata... - Foto
19.11.2025 00:14
Cəmiyyət
İki dəfə ailəli olan Aysunun yeni sevgilisi var - Foto
18.11.2025 22:14
Cəmiyyət
Tanınmış meyxanaçıdan həbs olunması xəbəri barədə açıqlama
18.11.2025 21:04
Cəmiyyət
Qadın olaraq bildiyi sevgilisi kişi imiş - Foto
18.11.2025 13:05
Cəmiyyət
Tanınmış müğənni Roza Zərgərliyə evlilik təklif edib - Foto
18.11.2025 11:21
Cəmiyyət
Ümrədəki yaraşıqlı kişilərə reaksiyası tənqid edildi - Foto
17.11.2025 18:49
Cəmiyyət