Həyatında başının tükü qədər qadın olduğunu deyən Cavanşır: Demişəm, yaxşı eləmişəm, əcəb eləmişəm

"Demişəm, yaxşı eləmişəm, əcəb eləmişəm, düz demişəm. Ayıb deyil? Mətbuat yazmağa mövzu tapmır? Mən öz şəxsi həyatımdan danışmışam, bunun jurnalistə nə aidiyyatı var? Kim mənim efirdəki çıxışımı xəbər edibsə, yayıbsa, böyük qələt edib, başını daşa döyüb".Bunu açıqlamasında Əməkdar artist Cavanşir Məmmədov telekanalalrın birində səsləndirdiyi "həyatımda başımın tükünün sayı qədər qadın olub” fikirlərindən danışarkən deyib. Sənətçi onun televiziya çıxışını mətbuatda yayanları məhkəmə ilə hədələyib:"Bir az da dərinə getsələr, məhkəməyə verərəm, onları doğulduqlarına peşman edərəm, həyatı başa salaram. Bu nə deməkdir? Bu nə tərbiyəsizlikdir? Televiziyaya dəvət ediblər, getmişik, çıxış etmişik. Nə etməliydik ki? Efirdə ağzımıza su almalı idik? Sual veriblər, cavablandırmışıq". / Xebershow