Həyat yoldaşının etik olmayan görüntüləri yayılan məmurdan şok qərar - Video
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova həyat yoldaşının “Tiktok”da qeyri-etik ifadələr işlətməsi ilə gündəmə gəlib.
Onun bu hərəkəti müzakirələrə səbəb olub və sərt tənqid edilib.
Qafqazinfo.az saytı məsələ ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq bildirilib: “Sürücü vəzifəsində işləyən Habil Eyvazov uzun müddətdir ki, bizdə çalışmır. Bu gün isə Gülbahar Eyvazova işdən ayrılmaq üçün ərizə yazıb. Onun müraciətinə baxılacaq”.
Həmin videonu təqdim edirik: