Həyat yoldaşımın hər dediyini etmişəm - Xoşqədəm -VİDEO

24 Oktyabr 2023
653cc2d911c32202310231417
224

“Oktyabrın 21-i 9 illiyimiz oldu. Hər kəs də bilir ki, mən sənət adamı deyiləm. Hər ikimiz də ayrı-ayrı ölkələrdə tanınan insanlar idik. Hər birimizin kariyeramız var idi”.

Bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı deyib. 

O, nikah masasına oturmadan öncə, həyat yoldaşı ilə bir-birlərinə öz öhtəliklərimizi, yaşam tərzlərini danışdıqlarını bildirib: “Mən Azərbaycanı çox sevdiyimi, ordan heç vaxt ayrılmaq istəmədiyimi, yaşlı valideynlərimə baxdığımı, onlar həyatda olduğu müddətcə, yanılarından 1 addım da o tərəfə getməyəcəyimi demişdim. Doğuş da bunu çox hörmətlə qarşılamışdı. Qərarımız da belə oldu ki, bir gün həyat yoldaşım Türkiyəyə köçək, ailəmizlə orada yaşayaq desə, təbii ki, əlbəttdə gedəcəyəm. Həyat yoldaşım bu günə qədər nə deyibsə, onu da etmişəm”. / Olay.az