"Hər kəsi sildim həyatımdan, səni sevdim" - Nəfəsdən ETİRAF - VİDEO

30 Mart 2023
6424fa9a057b7202303235730
590

"Hər kəsi sildim həyatımdan, səni sevdim" cümləsi çox ağır və mənalı cümlədir. Mən düşünürəm ki, buna layiq olanlar da olur, olmayanlar da. Amma insan sevəndə nə layiqli söz axtarır, nə də layiqli insan axtarır".

BiG.AZ xəbər verir ki, bu sözləri müğənni Nəfəs ATV-də yayımlanan "7 Canlı" proqramında deyib.

O, sevgi ilə bağlı düşüncələrini dilə gətirib:

"Bəzən elə birini sevirik ki, heç o, bizə layiq deyil. Amma doğrudan da onu özümüz öz beynimizdə düşünürük ki, sevməyə dəyər. Sevirik də, nə edək? Həqiqətən, insanlara, daha doğrusu sevən insanlara səbr arzulayıram, çünki sevgi o qədər əzablı, keşməkeşli bir hissdir ki, onu nə ifadə ilə, nə də başqa bir şeylərlə başa salmaq olmaz. Sadəcə bir baxış və danışdıranda artıq gözlərin danışırsa sən artıq sevgiyə təslimsən".