“Hər gün telefona lüt şəkillər gəlir, kefdədir” - VİDEO

“Mən Ruslanı qısqansam, aramızda buna görə söz-söhbət olsa, ac qalaram. Çünki ondan mənim evimə pul gəlir. Hər nə qədər öz işim olsa da, bu, başqa şeydir”.

Bu açıqlamanı aparıcı Çinarə Əliyeva “Sözün düzü” adlı “YouTube” layihəsində qonaq olarkən dilə gətirib.

O, plastik cərrah olan ərinə gələn mesajlardan da danışıb:

“Bilmirəm nədəndir, gecə 12 olandan sonra hamı şəkil atır. Biri sinəsini atır, biri başqa nahiyəsini atır ki, doktor, necə eləsəm, yaxşı olar? Ruslana deyirəm ki, sabah sənin telefonunda belə mesajlar tutsam, başa düşməyəcəyəm ki, mənə xəyanət etmisən, yoxsa bu pasiyentdir. Ruslanın işi zəmanətlidir, ömrünün axırına kimi kefdədir. Çox gözəl peşəsi var, hər gün lüt şəkillər gəlir”. / Publika.az