"Heç kəs deyə bilməz ki, Aysunun səhv hərəkəti olub, bəziləri kimi altdan-altdan iş görməmişəm"

15 Mart 2024
65f3519ec0c07202403243558
605

"Bəziləriniz ağzına gələni yazırsınız. Bir balaca öz ailənizə, nəsilinizə göz atın, sonra tanımadığınız insanlar haqqında danışın".

Bu sözləri ikinci dəfə vəkil Ramil Vəliyevlə ailə quran müğənni Aysun İsmayılova İnstaqramda hekayə bölümündə yazıb:

"Ramazan ayıdır, bilib-bilmədən günah eləməyin. Allahdan qorxun. Toy etməmək səbəbimizi izləyicilərim bilir. Yanvarın əvvəli yasımız düşdü, cavan qohumumuz dünyasını dəyişdi. Mən bəziləri kimi yasımı unudub, qol qaldıracaq insan deyiləm. Bu arada bəzi "tərbiyəlilər", sizin üçün ikinci dəfə ailə qurmaq utancvericidir, amma sevgililəri dəyişmək yox. Çox şükür heç kəs deyə bilməz ki, Aysunun səhv hərəkəti olub. Alnım açıqdır, bəziləri kimi altdan-altdan iş görməmişəm. Ailə qurduğum üçün çox xoşbəxtəm. Müğənni olmaq tərbiyəsiz olmaq demək deyil". / Teleqraf.com