Həbsdən sonra ilk dəfə efirə çıxan Rəqsanə bu sözləri deyib ağladı - VİDEO

Müğənni Rəqsanə İsmayılova həbs olunduqdan və ev dustaqlığına buraxılandan sonra ilk dəfə efirə çıxıb.

“Tarixin bir günü” verilişində qonaq olan ifaçı çətin anlar yaşadığını bildirib:

“Allah böyükdür. Mən bir Azərbaycan qadınıyam və dörd övladım var. Çox çətin bir dövr yaşayıram. Hər şeyi geridə qoyaraq övladlarımın yanında olmalıyam. Bu gün ilk dəfə səhnəyə çıxırammış kimi çox həyacanlıyam. Hər birimiz həyatda hər şey yaşaya bilərik”.

Qeyd edək ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttiham sübuta yetirilərsə, müğənnini azadlıqdan məhrumetmə cəzası gözləyir. O, noyabrın 19-da ev dustaqlığına buraxılıb. / Yenisabah.az