“Hamının ərini görmüsüz, mənimkini görməsəniz də olar" - Səidə ərini niyə gizlədir

“Bütün günü ikimiz evdə oluruq, işlərimi də mümkün qədər artıq evdən idarə edirəm. Ona görə də çəki almışam”.

Yenisabah.az xəbər verir ki, bu sözləri “Maqazin Plus”a açıqlamasında yeni ailə quran müğənni Səidə Sultan deyib. O həyat yoldaşının fotosunu paylaşmayacağını söyləyib:

“Hamının ərini görmüsüz, mənimkini görməsəniz də olar. Mən sevmirəm, gah əlini çəkib qoyurlar, gah saatını, gah üzüyünü. Mən bunları keçmişəm. Publikaya oynamaq mənə lazım olsaydı, bunu zamanında edərdim. İndiyə qalmışdı? Bu Allahın qismətidir, demək ki, qismət bu günəymiş. O elə insan deyil, belə hərəkətləri də sevmir”. / Olay.az