Hadisə zamanı bu məşhur azərbaycanlı da "Crocus"da olub - VİDEO

Müğənni Ayaz Babayev də terror aktı törədilən “Crocus City Hall”da olub.

Bu barədə sənətçi özü məlumat yayıb. O hazırda yaxşı olduğunu bildirib:“Hamı narahatdır. Çox şükür bizdə salamatlıqdı. Həqiqətən pis hadisə idi. Panikanı izah edə bilmərəm. Hamımızı çölə çıxartdılar. Bizim maşınımız orada qalmışdı. Yenidən ora qayıtmalı olduq. Hamıya bir-bir yaza bilmirəm. Həyatımın şokunu yaşadım”. Bundan əlavə, Ayaz Xalq artisti Röya Ayxanla hadisədən bir qədər əvvəl çəkilən fotosunu paylaşıb və “Çox şükür hər saniyəmizə. Böyük keçmiş olsun”, - deyə, bildirib. / Olay.az