Gündəmi zəbt edən 12 yaşlı qızdan açıqlama - "Özüm istəmişəm" - VİDEO
Xəbər verdiyimiz kimi, Sabirabadın Məmişli kəndində 12 yaşlı qızın özündən 20 yaş böyük kişi ilə nişanlanması barədə məlumatlar yayılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, faktla bağlı daxil olan məlumat əsasında ailə ilə danışıqlar aparılıb və fakt öz təsdiqini tapıb.
12 yaşda məcburi nişanlanan qız baş verənlərlə bağlı “Xəzər” televiziyasına danışıb.