Gülay tanınmaz hala düşüb - Foto

Müğənni Gülay Zeynallı yeni görünüşü ilə diqqət çəkib.

İfaçı "İnstagam" hesabının hekayə bölməsində makyajsız fotosunu paylaşıb.

Müğənni qeyd edib ki, gündəlik heç bir "Make up" etmir:

"Özümü makiyajsız daha rahat hiss edirəm. Demək olar ki, gündəlik heç bir make up etmirəm. Gözəl görünsəm də, görünməsəm də, doğal halımı çox sevirəm. Özgüvənim yüksəkdi. Əkizlər olduğum üçün ola bilər yəni". / Milli.az

Qeyd edək ki, Gülay Zeynallı bundan əvvəl boşanma xəbərləri ilə də gündəmə gəlmişdi.

Kamil Zeynallı Teleqraf.az-ın "Gülay xanımla boşanmağınız haqqında şayiələr nə dərəcədə doğru idi?" sualına belə cavab vermişdi:

- Od olmayan yerdə tüstü çıxmaz. Hər kəsin ailəsində söz-söhbət olur. Amma onu böyüdüb bu dərəcəyə çatdırmaq düzgün deyildi. Bunu isə bizim yaxın ətrafımız etdi. Hamının ətrafında yaxın bildiyi və şərəfsiz çıxan insanlar çoxdur. O söhbəti kənara çıxaran qohumlarımız və yaxın bildiyimiz ətrafımızdır.

Vallah, həyatda davasız- şavasız dostluğun, ailənin dadı-duzu yoxdur. Elə vaxt olub ki, anamla beş ay danışmamışam. Mən prinsipial insanam. Anamdır, canım-ciyərimdir.

Şəkillər