Görüntüləri yayılan aktrisa danışdı - Video

13 Sentyabr 2025
68c4818ace3c7202509252442
1139

“Nə “minmək”, nə seks? Mənim leksikonumda “minmək” sözü yoxdur. Bir də ki, yaxasından tutmaq haçandan seks sayılır?!”

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktrisa Sonaxanım Əliyeva şoumen Sərxan Kərəmoğlu ilə sosial şəbəkələrdə müzakirələrə səbəb olan görüntüsündən danışarkən deyib.

Aktrisa görüntünü müzakirə edən və altından təhqirlər yazan, “sənətdə seks axtaran” izləyicilərlə bağlı fikirlərini bölüşüb:

“O səhnədə kosmetoloji prosedura məcbur etmək üçün Sərxanın yaxasından yapışmışam. Nə “minmək”, nə seks? Yaxasından tutmaq haçandan seks sayılır? Bir az intellektinizi inkişaf etdirsəniz, sənətdə seks axtarmazsınız. Qaldı ki, “minmək” sözünə, mənim leksikonumda elə söz yoxdur. Bunu rəylərdə yazıblarsa, bu da onların tərbiyələridir”.

Videonu təqdim edirik: