Gizli evlənən azərbaycanlı müğənni 10 dəqiqəyə boşandı - FOTO

24 İyun 2024
667bb5cb7f683202406243139
468

Müğənni Nahidə Babaşlı həyat yoldaşı Serkan Küçükcyelandan ayrılıb.

Nahidə ilə Türkiyə vətəndaşı olan Küçükceylan boşanma qərarı alıb.

Cütlük 10 dəqiqə davam edən məhkəmədə 2 illik evliliklərini bitiriblər. Nahidə Küçükceylandan hansısa təzminat, ya da aliment istəməyib.

Xatırladaq ki, Nahidə pandemiya dövründə gizli evlənmişdi. Onlar toy etməmiş, sadəcə nikah bağlamışdılar. Sənətçi evliliyini gizli saxlayırdı. Həyat yoldaşı Nahidəylə fotolarını yaysa da, müğənni heç bir paylaşım etmirdi. / olay.az