Ginekoloqdan qadınlara MƏSLƏHƏT: Gecə alt paltarsız yatın
Qadınlar qısa tumansız yatsa daha yaxşıdır. Ginekoloq Yelizaveta Komarova belə hesab edir.
Mütəxəssisin fikrincə, bu, ilk baxışdan antisanitar görünsə də, əslində sağlamlığa fayda verə bilər.
Komarova izah edib ki, intim zona havaya məruz qalmazsa, mikrobların çoxalması üçün ideal mühit yaranır, çünki onlar isti, rütubətli iqlimi sevirlər. Gecələr alt paltarı geyinməklə qadınlar yalnız mikroblara kömək edir.
Nəzərə alsaq ki, qadınların əksəriyyəti gün ərzində hələ də alt paltarı, həmçinin dar şalvar geyinir, bu o deməkdir ki, hava, ümumiyyətlə, intim zonaya daxil ola bilməz.
Həkimin sözlərinə görə, tez-tez maya infeksiyası və ya abses problemi olan qadınlara xüsusilə gecələr alt paltarı geyinməmək tövsiyə olunur, çünki təmiz hava göbələklərin çoxalmasını çətinləşdirir və infeksiya ehtimalını azaldır. Alt paltarı olmadan yaşaya bilmirsinizsə, Komarova yalnız pambıq alt paltarı geyinməyi tövsiyə edir, çünki o, sintetik parçalardan daha hava keçirir. O, boks şortu və ya geniş pijama şalvarını ideal adlandırıb.
Həkim qeyd edib ki, ümumiyyətlə, ayaqlarınızı, qoltuqlarınızı və intim nahiyələrinizi vaxtaşırı "havaya buraxmaq" faydalıdır - beləliklə dəridəki və dərinin qırışlarındakı tər daha yaxşı quruyur. / lent.az