"Getsin evini, xanımını reklam etsin” – Zauru hədələdi - VİDEO

22 Noyabr 2023
655d0df38711f202311230715
800

Verilişində adını hallandırdığı Sahilə adlı qadın aparıcı Zaur Baxşəliyevi məhkəmə ilə hədələyib. 

Axşam.az xəbər verir ki, Nailə adlı qız efirə gələrək 26 il sonra anasını axtardığını deyib. “Bizimləsən” komandası onun anasını taparaq Türkiyədə yaşadığını öyrənib. Sahilə adlı qadın proqrama gəlməkdən, övladı ilə görüşməkdən imtina edib.

O, adının efirdə hallanmasını istəməyib və Zauru məhkəmə ilə hədələyib. Efirdə təqdim edilən səs yazısında Sahilə bu sözləri deyib:

“Gedəcəyəm polisə ki, ATV kanalının aparıcısı məni məcbur edir. Məni kimsə nəyəsə məcbur etməsin. Başıma bir iş gəlsə, günahkarı Zaurdur. İşləyirəm, müalicə alıram. Kiməsə zorla nəsə etdirə bilməzsiniz. Qızım məni istəyirsə, nömrəmi yığsın. Yoxsa, hamını əngəlləyəcəm. Mənim üstümdən reklam edib, adımı hallandırmayın. Bura Türkiyədir, kiməsə zorla nəsə etdirmək olmaz. Zaur getsin öz evini reklam etsin. Bir də adımı çəkib, efirdə reklam etsəniz… Dedilər ki, qızım ölüb. İnanmıram o mənim qızımdır. Sizi məhkəməyə verib, işdən çıxartdıaracağam. Getsin hər kəs öz evini, arvadını, qızını reklam etsin. Məni qızım axtarırsa nömrəmi alardı, burnunun suyunu efirdə axıtmazdı”.

Zaur isə onun sözlərinə gülərək, heç bir şərh verməyəcəyini deyib. / Axsam.az