Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın toyudur - VİDEO

03 Yanvar 2024
65959b1b43f38202401243627
281

Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın toyudur.

Toy Gəncə şəhərindəki məkanlardan birində keçirilir. Qeyd edək ki, ötən ilin dekabrında Sevil və Talış cütlüyün nikah mərasimi olub.

Sevilin ailə qurduğu gənc onu dağıntılar altından çıxaran sinif yoldaşıdır.

Xatırladaq ki, 2020-ci il oktyabrın 11-də Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsində təhsil alır. / baku.ws