Gənc tədqiqatçılarla bağlı layihə başa çatdı - FOTOLAR

“Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyi “Gənc tədqiqatçıların beynəlxalq elmi platformalarda araşdırma və əməkdaşlıq potensialının artırılması” layihəsinin icrasını başa çatdırıb.

Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsinin qalibi olub.

Layihənin əsas məqsədi elmi tədqiqatla məşğul olan seçilmiş gənclərin müxtəlif elm sahələrində apardıqları elmi araşdırmalara dəstək olmaqla onların elmi potensiallarını aşkara çıxararaq, dünya elminə inteqrasiyasına töhvə verməkdir. Bu da öz növbəsində gələcəkdə ölkəmizin iqtisadi potensialının intellekt kapitalına çevrilməsi prosesində gənclərin fəal iştirakını təmin edəcək.

Layihə icrası müddətində müvafiq sahələr üzrə fəaliyyət göstərən peşəkar mütəxəssislər tərəfindən aşağıda qeyd olunan 6 mövzu üzrə modullu təlimlər keçirilib:

 - Akademik araşdırma alətləri və resursları – 12.10.2024

- Dissertasiyaların tərtibi – 19.10.2024

- Elmi məqalə yazmanın metodologiyası (Mövzu seçimi və məqalə yazılmasının mərhələləri) – 26.10.2024

- Beynəlxalq elmi platformalar və rəqəmsal kitabxanalarda innovativ xidmətlər – 02.11.2024

- Elmi tədqiqatlarda statistik təhlil: metodlar, alətlər və tətbiqlər – 30.11.2024

- Elmin kommersiyalaşdırılması: elmin dəyərə çevrilməsi – 07.12.2024.