Gənc kürəkənindən hamilə qalan qayınana ölkəni qarışdırdı: Qızın arxasından iş çeviriblər - Foto

09 Aprel 2025
68089ef49ce50202504250404
919

"Esra Erolda" verilişində ortaya çıxan ailə qalmaqalı həm sosial mediada, həm də ictimaiyyət arasında böyük əks-səda doğurub. 21 yaşlı bəy namizədi Cuma Doğanın nişanlısı Dilek Şahinin 47 yaşlı anası Güldane Şahinlə münasibətdə olduğu və bu münasibətdən uşaq gözlədikləri iddia edilib. Hər iki şəxs nəzarətə alındıqdan sonra məhkəmə tərəfindən həbs edilib. Canlı yayım zamanı saxlanılan Cuma Doğan və Güldane Şahin haqqında “qəsdən xəsarət yetirmə və hədələmə” cinayətləri ilə məhkəmə prosesi başlanıb. Cuma Doğanın fərari olduğu da bildirilib. RTÜK də sözügedən yayımla bağlı araşdırma başlatdığını açıqlayıb. Qurumdan verilən açıqlamada yayım təşkilatları ictimai dəyərlər, ailə quruluşu və uşaqların müdafiəsi mövzularında daha həssas olmağa çağırılıb. / Showmedia.az