Gəlinin telefonundan qonşu kişinin şəkli çıxdı: Salyanda ərli qadın evində usta ilə TUTULDU - VİDEO

Salyan rayonunda 1990-cı il təvəllüdlü Mahmud 1998-ci il təvəllüdlü həyat yoldaşı Şahnazı (adlar şərti verilib.) öldürüb.

Mahmud rəsmi nikahda olduğu arvadı Şahnazın mobil telefonu ilə gizli şəkildə başqa kişilərlə əlaqə saxlayaraq ona xəyanət etməsindən şübhələnib. Habelə 2023-cü il iyunun 16-dan 17-nə keçən gecə saat üç radələrində qonşusu Elməddinlə yaşadığı evdə gizli görüşərək əxlaqsızlıq etdiyini öyrənib.

Bu səbəbdən uzun müddət Şahnazla mübahisələr edib. Şahnaz altı avqust 2023-cü ildə yaşadığı evdə sirkə turşusu içərək zəhərləndiyi üçün xəstəxanada müalicə olunub. Mahmud arvadı anası evində yaşamağa başlayandan sonra qısqanclıq zəminində qisas məqsədilə onu qəsdən öldürmək qərarına gəlib.

Mahmud cinayətkar niyyətini həyata keçirmək üçün Şahnazın sirkə turşusu içməsinin araşdırılması ilə bağlı hüquq-mühafizə orqanına birlikdə izahat verməyə getmək bəhanəsi ilə görüşmələri üçün mobil telefonla danışaraq onu razı salıb. Avqustun 16-da saat 14 radələrində mağazadan bıçaq alıb. Cinayəti törətmək üçün cəsarətlənmək məqsədilə Salyan şəhəri ərazisindəki kafelərin birində içki içərək yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə düşüb.

Mahmud daha sonra onu gözləyən Şahnazla görüşüb və bıçaqla ona xəsarətlər yetirib. Qadın aldığı xəsarətlərdən vəfat edib.

İstintaq orqanı tərəfindən Mahmudun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib. / "TV11" yutub kanalı