Fulya Öztürk aldığı “Qarabağ” mükafatından danışdı: Azərbaycanda qoyduğum iz qiymətsizdir
“CNN Türk” Televiziyasının xüsusi xəbər rəhbəri Fulya Öztürk “Qarabağ” mükafatına layiq görüldüyünə görə təşəkkür edib.
Fulya Öztürk səxşi İnstaqram hesabında bu sözləri qeyd edib: “İki qardaş ölkədə əlaqələrin gücləndirilməsindən dolayı Fulya Öztürk “Qarabağ” Xüsusi Mükafatına layiq görülüb” cümləsi məni qəlbimdən vurdu. Təsirindəyəm. 2020-ci ildə Azərbaycan-Ermənistan arasında yaşanan İkinci Qarabağ müharibəsini iki ay boyunca yerində izlədim və o günləri unutmağım imkansızdır. Bir ölkədə qoyduğumuz iz qiymətsizdir. Var olsun Azərbaycan-Türkiyə qardaşlığı! Var olsun Türk dünyası!".
Qeyd edək ki, Fulya Öztürk “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsi Türkiyə Xəbər Operatorları Assosiasiyasının təşkilatçılığı ilə baş tutan müsabiqədə Qarabağ müharibəsi və onun davamı zamanı göstərdiyi fədakarlıq və reportajlara, iki qardaş ölkə arasında əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə mükafata layiq görülüb. Teleqraf.com