Fədayə Laçının yeni görkəmi heyrətə gətirdi - Elə dəyişilib ki... - FOTO
Müğənni Fədayə Laçın botoks etdirməsi ilə bağlı sualları cavablandırıb.
Sənətçi artıq çəki aldığını bildirib. O qeyd edib ki, üzünün şişməsinə səbəb botoks yox, kökəlməsidir:
"Kökəlmişəm, məndən soruşurlar ki, üzünüzə botoksu harada elətdirmisiniz? Nə gözəl, təbii ediblər... Çəkim 55 kiloqram idi, indi 65 olub. Kökəlim də, heç vecimə də deyil. Onsuz da hamımız öləcəyik".
Qeyd edək ki, F.Laçın uzun müddətdir Moskvada yaşayır. / Axşam.az