Fazil Mustafaya sui-qəsd: 4 nəfər saxlanıldı - Təcili

03 Aprel 2023
642a4b932340b202304234419
457

Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxs saxlanılıb.

BUTA.TV Operativ Media-ya istinadən xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Şübhəli şəxs Qaradağ rayonu ərazisində saxlanılıb. Globalinfo.az isə özəl mənbələrdən əldə etdiyi məlumatı paylaşıb. Bildirilib ki, millət vəkilinə sui-qəsdi həyata keçirən şəxs iki gün öncə saxlanılıb. Bunun ictimailəşməməsinin səbəbi sırf əməliyyat hərəkəti ilə bağlı olub. Deyilənə görə, saxlanılan bir neçə nəfərdir. Saxlanılan şəxsin Azərbaycan Respublikası vətəndaşı olduğu deyilir.

BUTA.TV-də reklam yerləşdir milyonlar səni tanısın

***

Bakının bir neçə istiqamətlərində polis postları quraşdırılması və nəzarət yoxlama tədbirləri keçirilir. Qaradağ rayonunda polisin atəş açması ilə bağlı məlumatlar yayılıb.

Bu barədə BUTA.TV-yə bildirilib ki, DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leynetantı Elşad Hacıyev bildirib ki, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər DİN, DTK və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.

Əlavə məlumat veriləcəkdir.