Falçı-maşennik, "çuşka", dələduz... - Zirəddini sərt tənqid etdi

17 Dekabr 2025
69426e38af20c202512254752
351
Bu Zirəddin adlı falçı-maşennik iki il əvvəl ÖZÜ etiraf etdi ki, Rusiya telekanallarındakı onu məhşur edən verilişlər, yarışmalar hamısı əvvəlcədən quraşdırılmış, saxta səhnələr olub. Xüsusi tupoylar üçün bir daha təkrar edirəm: ÖZÜ. Amma buna baxmayaraq yenə də bəzi sayt, TV-lər xüsusən də ilin sonunda ondan müsahibə və proqnozlar alıb manşetə çıxarırlar. Və görəndə ki, bunu sıradan bir sayt, müxbir deyil, sayılıb-seçilən bir mətbuat orqanı və ya tanınmış bir jurnalist edir-adamın əti tökülür. A bəsdirin də, ayıb deyil? Bir özünüzə, peşənizə hörmət qoyun da. Bu dələduzun illər boyu verdiyi hansı proqnoz özünü doğruldub ki, sən də gözlərini bərəldə-bərəldə, ağzını ayırıb ondan ciddi-ciddi müsahibə alırsan? Qurtulun da bu "çuşka"lıqdan. Dünya Süni intellektlə dirəşir, bizimkilər də hələ efirə falçı çıxarır... Boyunuzu yerə soxum elə...

Sabiq deputat Etibar Hüseynov