Faciəyə səbəb olan yanğının səbəbi bilindi

Yanğın yaşayış binasının elektrik şaxtasında baş verib.

Bu barədə FHN-in məlumatında qeyd edilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın tam söndürülüb.

Mənzillər yanğından mühafizə olunub.