Faciəli şəkildə ölən Könül Vəlibəyli barədə təsirli fakt - Foto
Xuraman Şuşalı Bakı Milli Geyim Evinin mərhum rəhbəri Könül Vəlibəyli haqqında paylaşım edib.
İfaçı sosial media hesabında paylaşımında yazıb:
"Azərbaycanı milli geyimlərimizlə dünyada tanıdan Könül xanım... Könül heç evdə tapılmırdı, bütün günü xaricdə olurdu. Necə oldu həmin an evdə oldun? Əcəl apardı... O qədər yaxşı insan idi ki... Zəng etdim, dedilər, gedin xəstəxanaya. Telefonunu yerdən tapıblar. Bütün günü işləyirdi, dayanmırdı. Hər şeyə tələsirdin. Ölümə də tələsdin. Ən gözəl milli geyimlərim onun idi". / Yenisabah.az