Estetik əməliyyat etməmişəm, burun, dodaq təbiidir - Brilliant Dadaşova

Xalq artisti Brilliant Dadaşova arxiv paylaşım edib.

Sənətçi 1987-ci ildə “Köç mənim qəlbimə” mahnısını ifa etdiyi videonu izləyicilərlə bölüşüb. İfaçı haqqında çıxan estetik iddialarına da cavab verib.

“Dostlar, gördüyünüz kimi burun, dodaq əməliyyatı, üz korreksiyası və s. edib deyənlər, bəzi dedi-qodu uyduranlar görsünlər ki, heç nəyi dəyişdirməmişəm. Amma onu da bildirim ki, artıq bu dövrdə makiyaj daha düzgün edilir. Bu çəkilişlərdə isə özüm qeyri-professional makiyaj edirdim. Buna makiyaj demək olarsa”, - deyə, Dadaşova vurğulayıb. / Olay.az