Ermənini qucaqlayan Samirə Əfəndidən açıqlama
25 Noyabr 2025
1750
Astanada keçirilən beynəlxalq müsabiqənin finalında Azərbaycan təmsilçisi Samirə Əfəndinin Ermənistan nümayəndəsinə 12 bal verməsi və daha sonra həmin iştirakçının Əfəndiyə yaxınlaşıb onu qucaqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bəziləri Samirə Əfəndini tənqid və hətta təhqir edib, digərləri hadisəyə normal münasibət bildirib.
Samirə Əfəndi və komandası məsələyə aydınlıq gətirərək iddialara cavab verib.
"Məsələyə aydınlıq gətirmək məqsədilə bildiririk ki, bu jest sırf münsiflik etikası, səhnə mədəniyyəti və insani münasibətlər çərçivəsində baş vermişdir. Hadisənin milli-mənəvi dəyərlərimizə hörmətsizlik kimi təqdim olunması gerçəkliyi əks etdirmir.
Samirə Əfəndi yaradıcılıq fəaliyyəti boyunca milli dəyərlərə bağlılığını daim nümayiş etdirib.
Xatırlatmaq istərdik ki, 2023-cü ildə “Altın Kelebek” mükafatından əldə etdiyi bütün gəlir Azərbaycan şəhidlərinin övladlarına və Türkiyədə deprem nəticəsində ailəsini itirmiş uşaqlara bağışlanmışdır. Səs Azərbaycan layihəsindəki çıxışından sonra isə o, şəhid ailələrinin övladları, eləcə də daun və autizm sindromlu uşaqlar üçün təşkil olunan tədbirlərdə dəfələrlə iştirak edərək sosial məsuliyyət nümunəsi göstərmişdir. Bu fəaliyyət onun illərdir davam edən humanizm və vətənpərvərlik mövqeyini açıq şəkildə təsdiq edir.
Hazırda Azərbaycan–Ermənistan sülh prosesinin dövlət səviyyəsində ən yüksək mərhələyə çatdığı bir dönəmdə humanist jestlərin yanlış anlaşılmaması xüsusi önəm daşıyır. Saziş mətninin artıq paraflanması və prosesin rəsmi icra mərhələsinə daxil olması, eləcə də bir neçə gün əvvəl erməni nümayəndə heyətinin Bakıya səfəri regionda yeni siyasi reallığın formalaşdığını göstərir. Bu kontekstdə beynəlxalq platformalarda nümayiş etdirilən mədəni və insani münasibətlər ölkəmizin sülh, sabitlik və diplomatik yumşaqlıq siyasəti ilə tam uyğunluq təşkil edir".
Samirə Əfəndi məsələyə “Tarixin Bir Günü” verilişində şəxsi münasibətini belə ifadə edib:
“Mən hər zaman xalqımın yanındayam. Şəhidlərimizin xatirəsi mənim üçün hər şeydən üstündür. Dövlətimizin apardığı sülh siyasətinə hörmət edir və dəstək verirəm. Bir qazi övladı kimi tarix yaddaşı mənim üçün dəyişməzdir – biz keçmişi unutmuruq, unutdurmuruq. Amma gələcək bizim məsuliyyətimizdədir; övladlarımıza daha təhlükəsiz, mehriban və sülhlə dolu bir dünya ötürmək borcumuzdur. Layihədə etdiyim jest isə sadəcə insanlıq idi – musiqinin insanları birləşdirən, siyasətdən kənar bir güc olduğuna inanıram.”
Samirə Əfəndi həm yaradıcılığında, həm də şəxsi mövqeyində Azərbaycan dəyərlərinə sadiq olaraq fəaliyyət göstərdiyini və ölkəmizin humanizm və sülh yönümlü siyasətini dəstəklədiyini də qeyd edib. / Modern.az

DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Xəbər Lenti
Şəbnəm Tovuzlu ad günündə 173 min topladı
12.01.2026 17:05
Cəmiyyət
Səidə Bəkirqızı aparıcı Zauru biabır etdi - Video
12.01.2026 15:07
Cəmiyyət
Kişidən kiçik hədiyyə götürmürəm, maşın, ya ev olmalıdır - Aparıcı
12.01.2026 12:07
Cəmiyyət
Bakıda qız taksi sürücüsünə münasibət təklif etdi: Şok cavab aldı - Video
12.01.2026 02:17
Cəmiyyət
24 yaşlı oğlan 50 yaşlı qadınla evləndi, bunu bilən anası... - Azərbaycanda şok olay
12.01.2026 02:03
Cəmiyyət
Azərbaycan kişilərin cinsi gücünə görə dünyada baxın neçənci yerdədir - Foto
12.01.2026 00:04
Cəmiyyət
Hakan Fidan İrandakı aksiyalardan danışdı - Video
11.01.2026 22:53
Cəmiyyət
"Rayondan gələn tələbə qızlar əxlaqsızlıq edir" dedi cəza aldı: Deputatdan çağırış
11.01.2026 11:19
Cəmiyyət
Nanə əməliyyatla inanılmaz dərəcədə dəyişib: Yeni görünüşü bəyənilmədi - Foto
11.01.2026 10:35
Cəmiyyət
Ən səssiz dualarımın cavabısan - Həyat yoldaşını belə təbrik etdi - Foto
11.01.2026 10:32
Cəmiyyət